20 mart 2026 18:45
108

İsveçrə İranla müharibəyə görə ABŞ-yə silah ixracını bloklayır

İsveçrə İsrail-ABŞ və İran müharibəsi şəraitində öz bitərəfliyini əsas gətirərək ABŞ-yə silah ixracına icazələrin verilməsini dayandırıb.

“İki sahil” "Al Jazeera"yə istinadən xəbər verir ki, bu barədə İsveçrə hökumətinin bəyanatında bildirilib.

Qeyd olunub ki, İranla münaqişədə iştirak edən ölkələrə hərbi texnikanın ixracına icazələr münaqişə davam edən müddətdə verilməyəcək.

"Hazırda ABŞ-yə hərbi texnikanın ixracına icazə verilə bilməz", - bəyanatda vurğulanıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.