"Liverpul" yayda beş və ya altı oyunçusu ilə yollarını ayırmağa hazırdır.
“İki sahil” xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb.
"Mersisaydlılar"ın ayrılıq yolu mövqeyindən narazı olan hücumçu Məhəmməd Salahdan başlaya bilər.
Salahdan əlavə, "Liverpul" gələn yay müqaviləsi başa çatacaq müdafiəçi Endryu Robertsonun gələcəyini də müzakirə edir. Müdafiəçi İbrahima Konatenin gələcəyi də qeyri-müəyyəndir. "Qırmızılar" oyunçuya yeni müqaviləni nəzərdən keçirmək üçün aprelin əvvəlinə qədər vaxt verib.
"Liverpul" klubdakı 2 mövsümü ərzində baş məşqçi Arne Slotun dəstəyini qazana bilməyən cinah yarımmüdafiəçisi Federiko Kyeza üçün təklifləri nəzərdən keçirəcək.
Müdafiəçi Jozef Qomezin gələcəyi əsasən Konatenin "Liverpulda"kı statusundan asılıdır. O, az oyun şansı almasından narazıdır. Digə bir ayrılıq ehtimalı isə Kurtis Cons barədədir.