20 mart 2026 11:24
98

Xarici bayraqlar altında üzən iki ticarət gəmisi zədələnib

Ukraynanın cənubundakı Odessa limanında Rusiya pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində xarici bayraqlar altında üzən iki ticarət gəmisi zədələnib.

“İki sahil” xəbər verir ki,  "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə regionun başçısı Oleq Kiper məlumat verib. Onun sözlərinə görə, Palau və Barbados bayraqları altında üzən gəmilərə endirilən zərbə nəticəsində iki nəfər yaralanıb. Bundan əlavə, gecə saatlarında edilən hücum nəticəsində liman ərazisindəki taxıl anbarları və inzibati binalar zədələnib.

Qeyd edək ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə Rusiya-Ukrayna müharibəsi başlayıb və hazırda Rusiya Ukrayna ərazisinin təxminən 20 faizinə, o cümlədən Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bir hissəsinə nəzarət edir. Bundan əvvəl 2014-cü ildə Rusiya Ukraynanın tərkibində olan Krımı ilhaq edib.