20 mart 2026 08:35
103

Aİ liderləri nəzarətsiz miqrant axınının qarşısını almaq üçün...

Avropa İttifaqı (Aİ) sammitinin iştirakçıları Yaxın Şərqdə eskalasiyanın 2015-ci ilin miqrasiya böhranının təkrarlanmasına səbəb ola biləcəyindən narahatlıqlarını ifadə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə sammitin yekun sənədində bildirilib.

Qeyd olunur ki, mövcud münaqişə hələ Avropaya kütləvi miqrasiya axınına səbəb olmasa da, Avropa İttifaqı yüksək səviyyədə ayıq-sayıqlığını saxlamalıdır.

Aİ liderləri nəzarətsiz miqrant axınının qarşısını almaq üçün tədbirlər görmək niyyətlərini vurğulayıblar.

"2015-ci il miqrasiya böhranının dərslərinə əsaslanaraq, Aİ nəzarətsiz miqrasiya axınlarının qarşısını almaq üçün diplomatik, qanunvericilik, əməliyyat və maliyyə vasitələrini tam səfərbər etməyə hazırdır", - sənəddə deyilir.

Eyni zamanda, Avropa İttifaqı qısa müddət ərzində bir milyondan çox miqrantın Avropaya gəldiyi vəziyyətin təkrarlanmasına yol vermək niyyətində olmadığını bildirib.