Fransa Prezidenti Emmanuel Makron Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi məsələsinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ilə razılaşdırılmasının mümkünlüyünü açıqlayıb.
“İki sahil” xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən Aİ sammitinin yekunlarına əsasən keçirilən mətbuat konfransında bildirib.
Makron bildirib ki, o, bu təşəbbüsü artıq BMT-nin Baş katibi Antonio Quterreşlə müzakirə edib.
"Fransa əsas tərəfdaşlarının, xüsusən Təhlükəsizlik Şurasının daimi üzvlərinin Hörmüz boğazı ilə bağlı planlarımızı həyata keçirmək üçün BMT daxilində mexanizm yaradılmasının mümkünlüyünə reaksiyasını qiymətləndirmək niyyətindədir", - Fransa lideri qeyd edib.
O, əlavə edib ki, avropalı həmkarlarını bu təşəbbüs barədə məlumatlandırıb, həmçinin Hindistanın Baş naziri Narendra Modi ilə də müzakirə edib.
Makron vurğulayıb ki, bu təşəbbüsün həyata keçirilməsi perspektivləri yaxın günlərdə aydın olacaq.
Pakistanda yaraqlıların hücumu nəticəsində bir polis əməkdaşı ölüb, digəri yaralanıb
Çin: "Delfin” tayfununun yaxınlaşması ilə uçuşlar ləğv edilir, əhali təxliyə olunur