20 mart 2026 07:58
89

BMT Təhlükəsizlik Şurası martın 23-də Ukrayna ilə bağlı toplaşacaq

BMT Təhlükəsizlik Şurası Kiyevin xahişi ilə martın 23-də Ukrayna ilə bağlı iclas keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə BMT Baş Katibinin Ofisinin bəyanatında məlumat verilib.

Görüş “Ukraynada sülhün və təhlükəsizliyin qorunması” mövzusunda təşkil olunacaq və yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə saat 23:00) başlanması planlaşdırılır.