20 mart 2026 01:39
83

"Qalatasaray" kompensasiya tələb edəcək

"Qalatasaray"ın baş katibi Eray Yazqan bildirib ki, klub Noa Lanqın zədəsi ilə bağlı UEFA-dan kompensasiya tələb edəcək.

“İki sahil” xəbər verir ki, niderlandlı futbolçu Çempionlar Liqasının 1/8 finalında "Liverpul" ilə cavab oyununda (0:4, ilk oyun – 1:0) barmağının bir hissəsini itirib və əməliyyat olunub.

26 yaşlı vinger fasilədən sonra oyuna daxil olub və ikinci hissədə Anfield stadionunda reklam lövhəsinə çırpılaraq əlindən ciddi zədə alıb. Futbolçunun qanaxması olub, o, xərəkdə meydandan çıxarılaraq dərhal xəstəxanaya aparılıb.

Yazqan bildirib: “Matçdan sonra bu məsələ ilə bağlı UEFA nümayəndələrinə şikayət etdik. Onlar araşdırma apardılar və məsələni nəzərdən keçirəcəklər.

Biz hüquqşünaslarla məsləhətləşirik və UEFA-ya kompensasiya tələbi göndərəcəyik. Əməkhaqqı ilə bağlı zərərlərimizin ödənilməsini istəyəcəyik. Əgər tələbimiz qəbul olunmasa, məhkəməyə müraciət edə bilərik.

Bizim üçün əsas prioritet futbolçuların sağlamlığıdır, pul ikinci dərəcəlidir. Eyni zamanda bu məsələdə səhlənkarlıq edən şəxslərin məsuliyyətə cəlb olunmasını da tələb edəcəyik,” – deyə o, HT Spor efirində bildirib.