19 mart 2026 22:15
86

Yerə son ayların ən güclü maqnit qasırğası yaxınlaşır

Yerə son ayların ən güclü maqnit qasırğası yaxınlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (İKİ) Günəş astronomiyası laboratoriyasının mətbuat xidməti "Telegram" kanalında məlumat yayıb.

Qasırğa gecəyə yaxın saatlarda başlayacaq və yanvar ayının ortalarından bəri ən güclü olacaq.

Gücünə görə 19-21 yanvar tarixlərində geomaqnit dalğalanmaları G4 sinfinə çatmışdı. Alimlərin hesablamalarına görə, bu dəfə maqnit fırtınası altı gün - martın 24-dək davam edəcək.

Geomaqnit pozuntular ən güclü şəkildə ayın 19–21-də müşahidə olunacaq , məhz bu günlərə iki ən böyük plazma sıçrayışı təsadüf edəcək.