19 mart 2026 20:19
83

Bakıda beynəlxalq təlim-məşq toplanışı keçiriləcək

Sabah Bakıda kişi boksçular arasında beynəlxalq təlim-məşq toplanışına start veriləcək. “İki sahil” xəbər verir ki, toplanışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan və Rumıniya yığmaları da hazırlıq keçəcək.

Bakı Boks Mərkəzində təşkil olunacaq toplanışa 60-dək boksçu qatılacaq. Komandalar gündə 2 dəfə məşq keçəcək, sınaq döyüşlərində güclərini yoxlayacaqlar. Toplanışda əsasən texniki-taktiki hazırlığa üstünlük veriləcək. Gürcülər tam heyətlə məşqlərə 1 gün sonra qoşulacaqlar. Məşqlər Bakıda təşkil olunacaq Böyük İpək Yolu beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, Böyük İpək Yolu yarışı aprelin 2-7-də baş tutacaq.