Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinlərinin sayı artırılıb.
“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, nazirin Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 5 (bundan əvvəl 4 idi - red.) müavini var.
Qeyd edək ki, nazirin müavinləri onlara nazir tərəfindən həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyırlar.
Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib
Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq - Prezident