İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsi ilə bağlı hüquq və öhdəlikləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) keçib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanda əks olunub.
Qeyd edək ki, fərmanla İTSDA-nın əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib, nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi yaradılıb.
YAP Sədrinin müavini Tahir Budaqov Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşüb - FOTO
Niklas Vaqner: Almaniya və Azərbaycan Strateji Gündəlik vasitəsilə münasibətlərini daha da dərinləşdirdilər