Azərbaycan Respublikasında həyata keçirilən sosial siyasətin çoxşaxəli və uğurlu inkişafı dövlət-vətəndaş münasibətlərinin yeni müstəviyə daşınmasını, xalqın rifahının davamlı şəkildə yüksəldilməsini təmin edir. Ölkəmizdə reallaşdırılan sosial yönümlü dövlət kursu təkcə vətəndaş məmnunluğunu deyil, həm də dövlət idarəçiliyinin bütün sahələrində keyfiyyətcə yeni standartların tətbiqini zəruri edir. Bu uğurlu inkişaf strategiyasının məntiqi davamı olaraq, dövlət aparatının çevikliyini və səmərəliliyini artıran kompleks addımlar atılır. Bu kontekstdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları dövlət idarəçiliyində həyata keçirilən sistem islahatlarının ardıcıllığını təmin edir. Bu hüquqi addımlar dövlət qulluğunda əməkhaqqı sisteminin müasir çağırışlara uyğunlaşdırılmasına, onun daha təkmil və vahid struktur əsasında yenidən qurulmasına geniş imkanlar açır. Yeni tənzimləmə mexanizmləri dövlət qulluğunun əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaqla yanaşı, peşəkar kadr potensialının qorunub saxlanılmasına və inkişafına birbaşa xidmət edir. İslahatın əsas hədəfi optimal, balanslı və effektiv idarəetmə modelinə keçidi sürətləndirmək, idarəetmə aparatının strukturunu daha çevik və müasir standartlara uyğunlaşdırmaqdır.
Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov “İki sahil”ə açıqlamasında bildirib.

A.Hüseynov qeyd edib ki, belə bir yanaşma dövlət qulluğunun əmək bazarında rəqabətqabiliyyətliliyini artırmaqla yanaşı, peşəkar kadr potensialının qorunub saxlanılmasına və dövlət idarəçiliyində şəffaflığın maksimum həddə çatdırılmasına xidmət edir.Yeni modelin tətbiqi, idarəetmə aparatının strukturunu müasir çağırışlara uyğunlaşdıraraq, hər bir dövlət qulluqçusunun fəaliyyətinin konkret nəticələr əsasında qiymətləndirilməsinə və iş prosesinin daha səmərəli təşkilinə zəmin yaradır.
Deputat diqqətə çatdırıb ki, uğurlu iqtisadi strategiyanın nəticəsi kimi formalaşan resurslar birbaşa insan kapitalının inkişafına və dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsinə yönəldilir. Bu kontekstdə dövlət qulluğu sistemində aparılan yeniliklər ölkəmizdəki ümumi sosial-iqtisadi islahatların məntiqi və zəruri davamıdır. Bu islahat dövlət qulluğunda əməkhaqqı sisteminin daha şəffaf, ədalətli və nəticəyönümlü prinsiplər əsasında fəaliyyət göstərməsinə xidmət edir. Yeni tənzimləmə mexanizmləri əməkhaqqı komponentlərinin açıq və aydın şəkildə formalaşmasını təmin etməklə, hər bir dövlət qulluqçusunun əməyinin fərdi göstəricilər və peşəkarlıq meyarları əsasında qiymətləndirilməsinə imkan yaradır. Belə bir yanaşma nəinki dövlət idarəçiliyində şəffaflığı artırır, həm də büdcə vəsaitlərindən daha səmərəli istifadə edilməsinə, idarəetmə aparatının çevikliyinin yüksəldilməsinə zəmin yaradır.
A.Hüseynov vurğulayıb ki, bu islahatın ən mühüm sosial təzahürü ondan ibarətdir ki, yeni tənzimləmə mexanizmləri müxtəlif sahələr arasında müşahidə olunan disproporsiyaları tamamilə aradan qaldırır. Beləliklə, eyni məsuliyyət və iş yükünə malik vəzifələrdə çalışan hər bir mütəxəssis üçün bərabər imkanlar və ədalətli mühit təmin olunur. Bu, sadəcə bir texniki dəyişiklik deyil, dövlət qulluğunda mənəvi-psixoloji sabitliyin və peşəkar motivasiyanın yüksəldilməsinə xidmət edən strateji qərardır.
A.Hüseynov əlavə edib ki, müşahidə olunan mənzərə təsdiqləyir ki, ölkəmizdəki sosial-iqtisadi tərəqqinin məntiqi və qaçılmaz nəticəsi olan bu islahatlar Azərbaycanın dövlət idarəçiliyi sistemini qlobal miqyasda ən mütərəqqi meyarlara adaptasiya edir. Sabitlik, sosial ədalət və şəffaflıq paradiqmaları üzərində bərqərar olan bu yeni konfiqurasiya, müasir dövlətçilik maraqları ilə yüksək ixtisaslı kadr potensialının strateji vəhdətini təşkil edir. Bu harmonik sintez isə milli inkişafın dayanıqlı xarakter almasının və gələcək uğurlarımızın sarsılmaz təminatıdır.
Şəmsiyyə Əliqızı, “İki sahil”