19 mart 2026 11:53
111

Peskov: Rusiya, ABŞ və Ukraynadan ibarət üçtərəfli qrupun işi dayandırılıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vaşinqtonun vasitəçiliyi ilə Moskva ilə Kiyev arasında aparılan danışıqların dayandırıldığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə "İzvestiya" qəzetinə bildirib.

Onun sözlərinə görə, üçtərəfli qrup fasilədədir:

"Bununla belə, iqtisadi məsələlər üzrə ikitərəfli Rusiya-Amerika işçi qrupu çərçivəsində işlər davam edir. Rusiya Ukrayna ilə əsirlərin və həlak olan hərbçilərin cəsədlərinin mübadiləsi ilə bağlı da əlaqələri davam etdirəcək".