19 mart 2026 11:02
97

Filippində yanacağın bahalaşmasına qarşı etiraz tətili başlayıb

Filippində nəqliyyat qrupları neft qiymətlərinin kəskin şəkildə artmasına etiraz olaraq ümumölkə üzrə nəqliyyat tətili keçiriblər.

“İki sahil” Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, tətil Metro Manila boyunca 15-20 etiraz mərkəzini əhatə edib və oxşar aksiyalar bir neçə böyük əyalətdə də təşkil olunub.

Etirazçıların tələbləri arasında neft qiymətlərinin dərhal aşağı salınması, neft məhsullarına aksiz və əlavə dəyər vergilərinin ləğvi, təsirlənmiş sektorlara subsidiyaların genişləndirilməsi, işçilər üçün yaşayış minimumunun tətbiqi yer alır.

Tətil ərəfəsində Filippin Milli Polisi Metro Manila ərazisində yüksək hazırlıq vəziyyətinə gətirilib, ictimai təhlükəsizliyin təmin olunması və nəqliyyatın tənzimlənməsi məqsədilə təxminən 10 min əməkdaş səfərbər edilib.