19 mart 2026 10:37
129

İranda yanvar iğtişaşlarının üç iştirakçısı edam olunub

İranda yanvar ayında keçirilən etiraz aksiyalarında iki polis məmurunu öldürməkdə ittiham olunan üç nəfər edam edilib.

“İki sahil” xəbər verir ki, bu barədə “Tasnim” informasiya agentliyi məlumay yayıb. Məlumata görə, təqsirləndirilən şəxslər yanvarın 7-də Qum əyalətində hökumət əleyhinə nümayişlər zamanı hüquq-mühafizə orqanlarının iki əməkdaşını öldürdüklərini etiraf ediblər. Onlar, həmçinin "İsrail və ABŞ-nin maraqlarına uyğun hərəkət etməkdə" günahlandırılıb.

İrandakı iğtişaşlar 2025-ci il dekabrın 29-da milli valyutanın kəskin dəyər itirməsi səbəbindən başlayıb və əksər böyük şəhərlərə yayılıb. Hakimiyyət orqanları təxminən 40 hüquq-mühafizə orqanı əməkdaşının öldürüldüyünü bildirib. Xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, yanvarın 8-dən nümayişçilər arasında terrorçular peyda olub. İran hakimiyyəti iğtişaşların təşkilində İsrail və ABŞ-ni günahlandırıb.