Son günlərdə ABŞ Dövlət Katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetin yaşadığı Fort MakNeyr hərbi bazası üzərində naməlum pilotsuz uçuş aparatları (PUA) müşahidə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə "The Washington Post" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, son 10 gün ərzində bir gecədə baza üzərində bir neçə dron müşahidə edilib.
Bu, hərbi obyektdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub və Ağ Evdə də müzakirə edilib. Xüsusilə, Rubio və Heqsetin köçürülməsi məsələsi qaldırılıb. Bir mənbəyə görə, dövlət katibi və Pentaqon rəhbəri hələ də köçməyiblər.
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib
Britaniyada 30 dərəcədən yuxarı temperatur günlərinin sayında rekord qeydə alınıb