19 mart 2026 10:24
95

Ər-Riyadda partlayışlar baş verib, 10-dan çox təyyarə eniş edə bilmir

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir neçə güclü partlayış baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə TASS  məlumat verib. Bildirilib ki, partlayışların episentri diplomatik məhəllə olub. Hakimiyyət orqanları hava hücumu barədə xəbərdarlıq yayıb, daha sonra isə hava hücumu siqnalının dayandırıldığı bildirilib.

Şahidlərdən biri şəhərin kənarında siren səslərinin eşidildiyini də qeyd edib.

Bu hadisələr fonunda Səudiyyə Ərəbistanının paytaxtına uçan 10-dan çox sərnişin təyyarəsi eniş icazəsi gözləmək məcburiyyətində qalıb. Yaxın Şərq üzrə hava hərəkətinə nəzarət mənbəsinin məlumatına görə, ondan çox təyyarə hazırda gözləmə rejimində havada dövr edir.

Daha əvvəl bildirilmişdi ki, Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri Ər-Riyada yönəlmiş raket hücumunu dəf edib. Krallığın Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin ballistik raketləri məhv etdiyini açıqlayıb. Paytaxtda partlayış səsləri də eşidilib.