19 mart 2026 00:25
98

Hakan Fidan Ər-Riyadda pakistanlı həmkarı ilə görüşüb

Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində görüş keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial media hesabında məlumat paylaşılıb.

Görüşün təfərrüatları barədə məlumat verilməyib.

Xatırladaq ki, XİN rəhbərləri arasında daha əvvəl telefon danışığı baş tutub.