18 mart 2026 23:00
111

FED baza faiz dərəcəsini 3,5-3,75 % səviyyəsində saxlayıb

ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) gözlənildiyi kimi baza faiz dərəcəsini illik 3,5-3,75 % səviyyəsində saxlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə FED-nin məlumatında deyilir.

"Yaxın Şərqdəki hadisələrin ABŞ iqtisadiyyatı üçün nəticələri qeyri-müəyyən olaraq qalır. Komitə (Açıq Bazarda Əməliyyatlar üzrə Federal Komitə - red.) risklərə diqqətlə yanaşır. Öz məqsədlərini dəstəkləmək üçün komitə federal fondlar üzrə dərəcənin hədəf diapazonunu 3,5-3,75 % səviyyəsində saxlamaq qərarına gəlib. Hədəf dərəcəsinə əlavə düzəlişlərin miqyası və müddətləri nəzərdən keçirilərkən komitə daxil olan məlumatları, dəyişən perspektivləri və risk balansını diqqətlə qiymətləndirəcək. Komitə maksimum məşğulluğun dəstəklənməsinə və inflyasiyanın 2 %-lik hədəf səviyyəsinə qaytarılmasına qətiyyətlə sadiqdir", - məlumatda bildirilib.

Cari ilin yanvar ayında keçirilən əvvəlki iclasda FED dərəcəni dəyişməz saxlamışdı, bundan əvvəl isə ardıcıl üç iclasda dərəcələri 0,25 faiz bəndi aşağı salmışdı.