18 mart 2026 22:45
108

Ekvadorun "Los Lobos" qruplaşmasının lideri Meksikada saxlanılıb

Ekvadorun "Los Lobos" cinayətkar qruplaşmasının lideri Xuan Karlos Mexikoda saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Meksikanın ictimai təhlükəsizlik naziri Omar Qarsiya Harfuç "X" sosial şəbəkəsində məlumat yayıb.

"Kəşfiyyat işləri və beynəlxalq əməkdaşlıq mexanizmləri nəticəsində Meksika güc və miqrasiya idarələrinin əməkdaşları Ekvadorda fəaliyyət göstərən "Los Lobos" cinayətkar qruplaşmasının lideri, "Lobo Menor" kimi tanınan Xuan Karlosu Mexikoda saxlayıblar", - nazir yazıb.

O qeyd edib ki, saxlanılan şəxs İnterpolun qırmızı bülleteni ilə axtarışda olub və narkotiklərin qanunsuz dövriyyəsi, hədə-qorxu ilə tələb etmə və qətllərlə əlaqəlidir. Bundan əlavə, Cənubi Amerika ölkələrinin hakimiyyət orqanları onu Ekvador prezidentliyinə keçmiş namizədin qətlində əli olan əsas fiqur hesab edirlər. Qarsiya Harfuç Kolumbiya polisinə cinayətkarın axtarışındakı yardıma görə təşəkkür edərək ölkələrin transmilli cinayətkarlıqla mübarizəyə sadiqliyini vurğulayıb.