NATO-nun təhlükəsizlik səbəbləri ilə İraqdakı missiyasını yenidən təşkil etmək qərarından sonra İspaniya ölkədə yerləşdirilən hərbi personalını təxliyə etməyə və yenidən yerləşdirməyə hazırlaşır.
“İki sahil” İspaniyanın rəsmi xəbər agentliyi EFE-yə istinadən xəbər verir ki, bunu müdafiə naziri Marqarita Robles deyib.
Robles bildirib ki, İspaniyanın İraqdakı mövcudluğu iki əsas səbəbə əsaslanır: "İŞİD-i məğlub etmək üçün yaradılan beynəlxalq koalisiya, İraqdakı NATO missiyası ilə İraq hakimiyyətinə təhlükəsizlik və müdafiə qurumlarının inkişafı, eləcə də gücləndirilməsi ilə bağlı məsləhət vermək".
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib