NATO ölkələri Hörmüz boğazının açılması variantlarını müzakirə edirlər.
“İki sahil” xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Norveçə səfəri zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Biz məsləhətləşmələr aparırıq. NATO ölkələri Hörmüz boğazını necə açmağı kollektiv şəkildə müzakirə edirlər", - o deyib.
NATO-nun rəhbəri təfərrüatları açıqlamayıb və təşkilata üzv ölkələrin münaqişə zonasına gəmilər göndərib-göndərməyəcəyini qeyd etməyib.
Xatırladaq ki, martın 16-da Brüsseldə keçirilən görüşdə Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallasın Hörmüz boğazına bir neçə gəmi göndərmək təkliflərini rədd ediblər.