18 mart 2026 15:29
102

Microsoft 50 milyard dollarlıq müqavilə ilə bağlı məhkəməyə müraciət edə bilər

Microsoft şirkəti OpenAI və Amazon-a qarşı 50 milyard dollarlıq müqaviləyə görə məhkəmə iddiası qaldıra bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Microsoft şirkəti məlumat yayıb.

Şirkət hesab edir ki, bu razılaşma onların OpenAI ilə olan eksklüziv müqaviləsini poza bilər.

Fevral ayında Amazon və OpenAI bir neçə əməkdaşlıq sazişi imzalayıb. Onlardan birinə görə, Amazon Web Services (AWS) OpenAI-nin korporativ platforması Frontier üçün eksklüziv bulud xidmətləri təchizatçısı olur. Lakin Microsoft-a görə, bu müqavilə əvvəlki razılaşmaları poza bilər. Həmin razılaşmalar OpenAI modellərinə girişin yalnız Microsoft Azure bulud platforması vasitəsilə həyata keçirilməsini tələb edir.

Amazon və OpenAI Microsoft-un mümkün iddiasına şərh verməyib. Öz növbəsində, Microsoft rəsmi bəyan edib ki, OpenAI öz hüquqi öhdəliklərini başa düşür və hörmət edir.