18 mart 2026 14:57
116

İranın kəşfiyyat naziri öldürülüb

İsrailin ötən gecə Tehrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində İranın kəşfiyyat naziri İsmayıl Xətib öldürülüb.

“İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katzın Ofisi məlumat yayıb. 

“İrana endirilən zərbələrin intensivliyi artır. İranın kəşfiyyat naziri Xətib də gecə saatlarında məhv edilib”, - o deyib. 

Nazir bu gün əhəmiyyətli sürprizlərin olacağını açıqlayıb.