18 mart 2026 14:51
112

Bu əməliyyat Qərbin Ukraynanı NATO-ya daxil etmə istəyinə cavab idi - Orban

Qərb Ukraynanı NATO-ya qəbul etmək istədiyini bəyan edərək, Rusiyanın razılığı olmadan Avropa təhlükəsizlik sistemini dəyişdirmək qərarına gəldi.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban bildirib. 

O, qeyd edibki, Rusiyanın xüsusi əməliyyatı bu hərəkətlərə cavab idi.

Viktor Orban bildirib ki, Qərb Rusiya ilə razılaşdırmadan Avropanın təhlükəsizlik sistemini dəyişməyə qərar verib və Ukraynanı NATO-ya qəbul etmək istədiyini açıqlayıb.

O, GB News-ə müsahibəsində deyib: “Biz Rusiyanın mövqeyini nəzərə almadıq. Əslində Avropanın təhlükəsizlik sistemini dəyişdik, bunu Rusiyaya bildirmədik və onlar cavab verdilər.”