Rusiya Avropadan Ukrayna mövzusunda danışıqlarda iştirak etmək istəyi ilə bağlı siqnallar alıb.
“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O qeyd edib: “Bilirsiniz ki, avropalılardan siqnallar gəldi ki, onlar Ukrayna nizamlanması mövzusunda danışıqlar masasında öz yerini tutmaq istəyirlər. Biz bunu lazım və məqsədəuyğun hesab etmirik”.
Əvvəllər Peskov həmçinin bildirmişdi ki, Fransa rəsmi nümayəndəsi Ukrayna məsələləri üzrə əlaqələr üçün Moskvaya səfər edib, lakin Rusiya tərəfi ondan sülh yolu ilə nizamlanmaya hazır olmaq barədə “müsbət siqnallar” almadığını bildirib.
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Pezeşkian: Azərbaycan müharibə zamanı İrana əhəmiyyətli dərəcədə yardım göstərib