18 mart 2026 12:56
95

Fitso Ukraynanın Aİ-yə üzvlüyü şərtlərinin yumşaldılmasına qarşı çıxıb

Slovakiyanın baş naziri Robert Fitso Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün şərtlərin yumşaldılmasına qarşı olduğunu bildirib. O, Avropa məsələləri üzrə parlament komitəsinin deputatları ilə görüş zamanı deyib ki, Avropa Şurası səviyyəsində Ukraynanın üzvlüyü üçün daha yüngül şərtlərin qəbul edilməsi cəhdləri Slovakiya tərəfindən rədd olunacaq.

“İki sahil” xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Fitso qeyd edib ki, Slovakiya Ukraynanın Avropa İttifaqına inteqrasiya istəyini dəstəkləyir. Lakin onun sözlərinə görə, Kiyev siyasi səbəblərə görə üzvlüyə daha yaxşı hazırlaşmış digər ölkələri qabaqlamamalıdır.

Daha əvvəl Ukraynanın baş naziri Yuliya Sviridenko ölkəsinin Aİ-yə üzvlük üçün yekun şərtləri aldığını açıqlamışdı.