18 mart 2026 11:10
101

Əraqçi: "Hörmüz boğazında naviqasiya qaydaları müharibədən sonra dəyişdiriləcək"

İran ABŞ və İsraillə müharibə başa çatdıqdan sonra Hörmüz boğazından gəmilərin keçidi üçün yeni qaydalar hazırlamaq niyyətindədir.

“İki sahil” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Al Jazeera"yə müsahibəsində bildirib.

O həmçinin qeyd edib ki, İran qonşu ölkələrdəki mülki obyektlərə zərbələr endirmir, ABŞ-nin hücumlarına cavab olaraq Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirir.