18 mart 2026 10:54
107

CNN: ABŞ Yaxın Şərqə 2200-dək əlavə dəniz piyadası göndərir

ABŞ-nin Yaxın Şərqə əlavə 2200 dəniz piyadası göndərdiyi güman edilir.

“İki sahil” xəbər verir ki, CNN telekanalının yaydığı məlumatına görə, “USS Tripoli” desant gəmisi Okinavadakı Amerika bazasından yola düşüb. Onun göyərtəsində ABŞ Dəniz Piyadaları Korpusunun ekspedisiya bölməsindən 2200-ə qədər əsgər ola bilər. Gəminin çərşənbə axşamı günü Sinqapura çatdığı bildirilir.

Hazırda Yaxın Şərqdəki Amerika hərbçilərinin sayı 50 min nəfərlik heyətdən ibarətdir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri hücuma məruz qalıb. İslam İnqilabı Keşikçiləri Korpusu İsrailə cavab zərbələri endirməyə davam edir.