18 mart 2026 10:43
121

Qazaxıstan bayrağı dünyanın ən gözəl bayrağı seçilib

"Reddit" sosial platforması istifadəçiləri arasında keçirilən "Flags of the World Tournament" onlayn səsverməsinin yekun nəticələrinə əsasən, Qazaxıstanın dövlət bayrağı dünyanın ən gözəl bayrağı seçilib.

“İki sahil” xəbər verir ki, final mərhələsində Qazaxıstan bayrağı Kiribati bayrağını geridə qoymaqla, sürətlə önə keçib və birinci olub. Butan bayrağı isə üçüncü yeri tutub. Turnir "pley-off" formatında keçirilib və hər bir istifadəçi müxtəlif ölkələrin bayraqlarını müqayisə etməklə, səs verib.

Qeyd olunur ki, gözəl bayraqlar yarışında Seyşel adaları, Şri Lanka, Böyük Britaniya, Braziliya, Yamayka və Papua ilə Yeni Qvineya kimi ölkələrin bayraqları da favoritlər sırasında olub.