18 mart 2026 09:07
147

Tbilisi Böyük Dəbilqəsinə 11 cüdoçumuz yollanacaq

Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 20–22 mart tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə Böyük Dəbilqə turniri keçiriləcək. 

“İki sahil” xəbər verir ki, Azərbaycan nüfuzlu yarışda kişilərdən ibarət milli komandanın böyük məşqçiləri – Elçin İsmayılov, Robert Kravçik; qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimarın başçılığı altında 7 çəki dərəcəsində 11 cüdoçu (6 kişi, 5 qadın) ilə təmsil olunacaq. Üç gün davam edəcək turnirdə 52 ölkədən 406 idmançı (250 kişi, 156 qadın) mübarizə aparacaq. Dünya Turu seriyasında keçirilən yarışda Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.

Heyəti təqdim edirik:

 

Kişilər 

 

-66 kq

Rəşad Yelkiyev

Turan Bayramov 

 

-73 kq

Kamran Süleymanov 

Hidayət Heydərov 

 

+100 kq

Camal Qamzatxanov

Kənan Nəsibov 

 

Qadınlar 

 

-48 kq

Könül Əliyeva

 

-52 kq

Leyla Əliyeva

 

-70 kq

Südabə Ağayeva 

Aytac Qardaşxanlı 

 

+78 kq

Madina Kaisinova