18 mart 2026 09:26
108

Ərəb və İslam ölkələrinin XİN rəhbərləri bölgədəki vəziyyəti müzakirə edəcəklər

Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə etmək üçün martın 18-də Ər-Riyadda görüşəcəklər.

“İki sahil” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat verib.

"Martın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb və İslam ölkələrinin xarici işlər nazirləri arasında danışıqlar keçiriləcək. Tərəflər Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi üçün hərəkətlərinin əlaqələndirilməsini müzakirə etməyi planlaşdırırlar", - Səudiyyə Ərəbistanı XİN-in mətbuata açıqlamasında bildirilib.

Məsləhətləşmələrdə hansı ölkələrin iştirak edəcəyi ilə bağlı hələlik heç bir məlumat verilməyib.