17 mart 2026 16:42
105

Rəqəmsal İdeya Müsabiqəsinə start verilir

Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsinə start verilir.

“Memarlıq və Şəhərsalma İli” çərçivəsində keçirilən müsabiqənin məqsədi gənclərin innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi, şəhərsalma və memarlıq sahəsində süni intellekt əsaslı yanaşmaların təşviqi və ölkəmizdə innovasiya ekosistemində iştirakçılığın artırılmasıdır.

Müraciət edəcək gənclər arasından yekunda 120 nəfər müsabiqə iştirakçısı olmaq şansını qazanacaq və onlar əsasında komandalar formalaşdırılacaq.

“Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsində iştirakçılar 9 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, panel müzakirəsi, süni intellekt vörkşopu, hakaton, intellekt rinqi və layihələrin təqdimatından ibarət komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparacaqlar və nəticələrə uyğun olaraq qaliblər mükafatlandırılacaq.

Müsabiqə çərçivəsində şəhər mühitində sosialyönümlü və real tətbiq potensialına malik süni intellekt əsaslı rəqəmsal həll konseptlərinin hazırlanması, şəhər planlaşdırılması, nəqliyyat, ekoloji balans və ictimai məkanların idarə olunması istiqamətində gənclərin innovativ yanaşmalarının formalaşdırılması nəzərdə tutulur.

Əgər Siz də yeni çağırışlara öz töhfənizi vermək arzusundasınızsa, “Müasir Şəhərsalma Vizyonu: Ənənə və İnnovasiyanın Harmoniyası” Rəqəmsal İdeya Müsabiqəsində iştirak üçün qeydiyyatdan keçməyə tələsin!

Qeydiyyat üçün: https://form.jotform.com/260603444340447 

Qeydiyyat üçün son tarix: 04.04.2026 | 12:00