17 mart 2026 14:37
114

Çin Rusiyadan neft tədarükünü noyabrdan sonra ilk dəfə bərpa edir

Çin neft şirkətləri Yaxın Şərqdəki eskalasiya səbəbindən dörd aylıq fasilədən sonra Rusiyadan neft alışını bərpa etmək niyyətindədir.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" bir neçə mənbəyə istinadla xəbər verib.

Məlumata görə, Çin dövlətinə məxsus neft şirkətləri Yaxın Şərqdəki hərbi əməliyyatlar səbəbindən yaranmış tədarük çatışmazlığının qarşısını almağa çalışır və ABŞ sanksiyalarının ləğvindən yararlanır. "Sinopec" və "PetroChina" ticarət bölmələri noyabrdan sonra ilk dəfə Rusiya tədarükçülərinə neft sifarişi üçün müraciət ediblər.

Agentliyin mənbələrinə görə, Rusiya və Çin tərəfi yaxın günlərdə neft tədarükü üzrə saziş bağlaya bilər, çünki Rusiya nefti Braziliya və Qərbi Afrikadan tədarük olunan neftlə müqayisədə ən ucuzdur. Ən böyük Çin neft şirkətləri OFAC-ın 30 günlük lisenziyasını nəzərə alaraq ödəniş və tədarük imkanlarını qiymətləndirir.

12 mart tarixində ABŞ artıq tankerlərə yüklənmiş Rusiya neftinin yeni əməliyyatlarına icazə verib. Bu, Hörmüz boğazının bağlanması səbəbindən Yaxın Şərqdən tədarükün pozulması fonunda həyata keçirilir. Lisenziya çərçivəsində 11 aprelədək 19 milyon barel neft və 300 min tondan çox neft məhsulları satıla bilər.