Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Ukrayna Rusiya ilə münaqişənin nizamlanması cəhdlərinə müqavimət göstərməkdə davam edir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, bu fikirləri Ukraynanın Rusiya regionlarına pilotsuz uçuş aparatları ilə hücumlarını şərh edərkən səsləndirib.
Peskovun sözlərinə görə, Kiyev zəruri və məsuliyyətli qərar qəbul edib sülh prosesinin davamı üçün yol açmaq əvəzinə, tamamilə nəticəsiz müqaviməti davam etdirir.
Qətər XİN İran və Omanın Hörmüz boğazı ilə bağlı müsbət bəyanatlarını qeyd edib