17 mart 2026 10:22
106

İsveç Ukraynaya əlavə 56 milyon avro ayırıb

İsveçin Ukraynadakı səfirliyi hökumətin Ukrayna Enerji Dəstək Fonduna 56 milyon avro ayırmaq qərarını açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə İsveçin Ukraynadakı səfirliyi "Facebook"da məlumat yayıb.

Vəsait zədələnmiş infrastrukturun bərpası və enerji sisteminin dayanıqlığının gücləndirilməsi üçün nəzərdə tutulub. 

Bu qərardan sonra Stokholmun fonda ümumi töhfəsi 259 milyon avronu keçib.