"Fənərbaxça"nın sol cinah müdafiəçisi Arçi Braun karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
“İki sahil” xəbər verir ki, insayder Nikolo Şiranın yaydığı məlumata görə, 23 yaşlı ingiltərəli futbolçu Madrid "Atletiko"sunun maraq dairəsinə düşüb.
Məlumata görə, "Atletiko"nun yay transfer pəncərəsində "Fənərbaxça"ya rəsmi keçid təklifi göndərəcəyi gözlənilir.
Qeyd edək ki, 2025-ci ilin yayından İstanbul təmsilçisinin formasını geyinən Arçi Braun "sarı-lacivərdlilər"in heyətində keçirdiyi 30 rəsmi oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarket" portalı gənc müdafiəçinin hazırkı bazar dəyərini 9 milyon avro məbləğində qiymətləndirir.