14 mart 2026 21:48
115

Azərbaycan güləşçisi Serbiyada U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının finalına vəsiqə qazanıb.

“İki sahil” xəbər verir ki, o, yarımfinalda belaruslu İllia Valeuskini 8:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, Avropa çempionatına martın 15-də yekun vurulacaq.