Martın 14-də Bakıda COP31-in iqlim üzrə yüksəksəviyyəli çempionu Samed Ağırbaş Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (NAMYO) mənzil-qərargahında olub.
“İki sahil” xəbər verir ki, Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və COP29-un iqlim üzrə yüksəksəviyyəli çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai Samed Ağırbaşa Qoşulmama Hərəkatı Gənclər Təşkilatı barədə məlumat veriblər.
Yalçın Rəfiyev Azərbaycanın beynəlxalq iqlim əməkdaşlığına davamlı bağlılığını və iqlim dəyişikliyinin yaratdığı təxirəsalınmaz çağırışların həllində inklüziv çoxtərəfli dialoqun vacibliyini vurğulayıb.
Sonra Nigar Arpadarai çıxış edərək vətəndaş cəmiyyətinin iqlim siyasətinin təşviqində artan roluna diqqət çəkib. O, gənclərin iqlim problemlərinin həllinə və qlobal dayanıqlılıq təşəbbüslərinə fəal şəkildə töhfə verməsinin vacibliyini qeyd edib.
Tədbirin davamında Samed Ağırbaş “COP31: Antalyaya yol” mövzusunda sessiya keçirib. O, müasir iqlim çağırışlarının həllində gənclərin rolunu xüsusi vurğulayıb və gənclər tərəfindən təşəbbüslərin, innovasiyaların və əməkdaşlığın qlobal iqlim gündəliyini formalaşdırmaqda artan təsirini qeyd edib.
Hibrid formatda keçirilən tədbir interaktiv sual-cavab sessiyası ilə yekunlaşıb. Sessiyada NAMYO üzvləri və NAMYO Milli Bölmə nümayəndələri spikerlərlə birbaşa ünsiyyət qurmaq, fikirlərini bölüşmək və gənclərin iqlim fəaliyyətində iştirak imkanlarını müzakirə etmək fürsəti əldə ediblər.
Yüksəksəviyyəli iqlim çempionu: Qida və su itkilərinin azaldılması ədalətli keçid üçün vacibdir
Yalçın Rəfiyev: Azərbaycan COP31-in uğurla keçirilməsi üçün Türkiyəni dəstəkləyəcək