Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 9,466 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
“İki sahil” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 % çoxdur.
Təkcə fevralda Türkiyə Azərbaycana 6,286 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da bir il əvvələ nisbətən 61,4 % çoxdur.
İki ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 3,5 % azalaraq 2,667 milyard ABŞ dollarına, fevralda isə 1,9 % azalaraq 1,328 milyard ABŞ dollarına enib.
Türkiyədən ən çox geyim idxalını Almaniya 423 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 12,2 % az), Niderland 284 milyon ABŞ dolları (-5,5 %) və İspaniya 257 milyon ABŞ dolları (+5,8 %) dəyərində həyata keçirib.
“PAŞA Kapital” “Ziraat Bank Azərbaycan”ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Azərbaycan və Gürcüstan arasında birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası olub
Dayanıqlılıq hesabatlılığı üzrə panel müzakirəsi keçiriləcək -Auditor təşkilatlarının və sərbəst auditorların nəzərinə!
Mərkəzi Bankın maliyyə qurumlarına nəzarət funksiyalarının artırılması qəbul edilib
Azercell-in tərəfdaşlığı ilə “SHE – Fabric of the Future” xüsusi tədbiri keçirilib