14 mart 2026 11:26
117

ABL: XIX turun daha iki oyunu keçiriləcək

Azərbaycan Basketbol Liqasında XIX turun daha iki oyunu bu gün keçiriləcək.

“İki sahil” xəbər verir ki, hər iki matç A qrupunda baş tutacaq.

İlk olaraq "Gəncə" "Sabah"ı qəbul edəcək. Gəncə İdman Sarayındakı qarşılaşma saat 14:00-da start götürəcək.

Günün ikinci görüşündə "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gələcək. Bakı İdman Sarayındakı oyun saat 17:00-da başlayacaq.

"Sabah" A qrupunda 35 xalla liderdir. "Abşeron Lions" 34 xalla ikinci pillədə qərarlaşıb. "Neftçi" 27 xalla üçüncü, NTD 20 xalla beşincidir.

Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88) məğlub edib.