Müasir dövrdə beynəlxalq münasibətlər sistemi ciddi dəyişikliklər və yeni çağırışlarla üz-üzədir. Qlobal miqyasda baş verən siyasi, iqtisadi və hərbi proseslər dövlətlərin təhlükəsizlik siyasətinə yenidən baxmasını zəruri edir. Bu baxımdan dünya ölkələri üçün sabitliyin qorunması, milli təhlükəsizliyin təmin olunması və müdafiə imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Məhz bu məsələlərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 mart 2026-cı ildə keçirilən XIII Qlobal Bakı Forumunda etdiyi çıxış zamanı xüsusi diqqət yetirmişdir. “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusuna həsr olunmuş forumda Prezident beynəlxalq ictimaiyyətin qarşısında duran əsas problemləri və onların həlli yollarını geniş şəkildə şərh etmişdir.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, hazırkı dövrdə dünyada baş verən hadisələr təhlükəsizlik məsələlərinin nə qədər vacib olduğunu bir daha sübut edir. Müxtəlif regionlarda baş verən münaqişələr, geosiyasi gərginliklər və beynəlxalq münasibətlərdə yaranan qarşıdurmalar dövlətləri daha diqqətli və məsuliyyətli siyasət yürütməyə vadar edir.
Bu baxımdan dövlətlərin əsas vəzifələrindən biri milli təhlükəsizlik sisteminin gücləndirilməsi və ölkənin müdafiə potensialının artırılmasıdır. Prezident qeyd etmişdir ki, artıq dünya elə bir mərhələyə qədəm qoyub ki, təhlükəsizlik, sabitlik və müdafiə məsələləri hər bir ölkənin gündəliyində bir nömrəli prioritet olmalıdır.
Çünki təhlükəsizlik olmadan iqtisadi inkişafdan, sosial rifahdan və uzunmüddətli sabitlikdən danışmaq mümkün deyil. Dövlətlər ilk növbədə öz vətəndaşlarının təhlükəsizliyini təmin etməli, ölkənin ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün bütün imkanlardan istifadə etməlidir.
Prezident İlham Əliyev çıxışında qeyd etmişdir ki, müasir dünya bir sıra mürəkkəb problemlərlə üzləşir. Regional münaqişələr, enerji təhlükəsizliyi, miqrasiya problemləri, iqtisadi qeyri-sabitlik və digər amillər qlobal sabitliyə təsir göstərir.
Belə bir şəraitdə dövlətlər arasında qarşılıqlı etimadın və əməkdaşlığın gücləndirilməsi xüsusilə vacibdir. Prezident vurğulamışdır ki, fikir ayrılıqları beynəlxalq münasibətlərin təbii hissəsidir. Lakin bu fikir ayrılıqları qarşıdurmaya və münaqişəyə çevrilməməlidir. Əksinə, dialoq və diplomatik yollarla həll edilməlidir.
Bu baxımdan beynəlxalq platformalar, o cümlədən Qlobal Bakı Forumu dövlətlər arasında fikir mübadiləsi aparmaq və ortaq həll yolları tapmaq üçün mühüm rol oynayır. Forum müxtəlif ölkələrdən gələn siyasətçiləri və ekspertləri bir araya gətirərək qlobal problemlərin müzakirəsinə geniş imkan yaradır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik siyasəti haqqında da danışmışdır. Azərbaycan müstəqil dövlət kimi öz milli maraqlarını qorumağa və regionda sabitliyin təmin olunmasına böyük önəm verir.
Ölkəmiz müasir və güclü ordu quruculuğu istiqamətində mühüm addımlar atmış, müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Bu siyasət Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasında mühüm rol oynayır.
Eyni zamanda Azərbaycan regionda sülh və əməkdaşlığın tərəfdarıdır. Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, sabitlik və təhlükəsizlik yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri əsasında mümkündür.
Prezident çıxışında qeyd etmişdir ki, müasir dövrdə dövlətlər arasında dialoq və əməkdaşlıq daha da vacibdir. Dünya yeni siyasi və iqtisadi reallıqlarla üzləşdiyi üçün beynəlxalq münasibətlər sistemində yeni yanaşmalar tələb olunur.
Fikir ayrılıqlarının aradan qaldırılması üçün dövlətlər arasında qarşılıqlı hörmət və etimad mühiti yaradılmalıdır. Bu isə yalnız açıq dialoq və konstruktiv əməkdaşlıq yolu ilə mümkündür.Bakı şəhərində keçirilən beynəlxalq forumlar və konfranslar məhz bu məqsədə xidmət edir. Azərbaycan müxtəlif ölkələr və mədəniyyətlər arasında körpü rolunu oynayaraq qlobal dialoqun inkişafına töhfə verir.
Prezident İlham Əliyevin XIII Qlobal Bakı Forumunda etdiyi çıxış müasir dünya siyasətində təhlükəsizlik və sabitliyin nə qədər mühüm olduğunu bir daha göstərdi. Qlobal çağırışların artdığı bir dövrdə dövlətlərin əsas prioriteti milli təhlükəsizliyin təmin olunması və müdafiə qabiliyyətinin gücləndirilməsi olmalıdır.
Eyni zamanda beynəlxalq əməkdaşlıq və dialoq qlobal sabitliyin qorunmasında mühüm rol oynayır. Azərbaycanın bu sahədə həyata keçirdiyi siyasət isə ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına və regionda sabitliyin möhkəmlənməsinə xidmət edir.
Cahan Bayramlı,
YAP Xətai rayon təşkilatının fəalı