Stolüstü tennisçilərimiz Almaniyanın Berlin şəhərində təşkil olunan "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər. “İki sahil” xəbər verir ki, oğlanlardan ibarət seçmə komandanın baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi ilə yarışa qatılan 3 idmançıdan ikisi mükafata layiq görülüb. İstedadlı stolüstü tennisçilər Onur Quluzadə U 15, Ələkbər Mirzəliyev isə U 11yaş dərəcəsində ücuncü yeri tutub. Komandamız bununla kifayətlənmək niyyətində deyil. Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət trio Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaq.