11 mart 2026 18:32
111

Donnarumma “Real”a meydan oxudu

İngiltərənin "Mançester Siti" futbol komandasının qapıçısı Canluici Donnarumma Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək "Real"la oyun öncəsi iddialı açıqlamalar verib.

“İki sahil” xəbər verir ki, təcrübəli qolkiper Madrid təmsilçisinin bu turnirdəki zəngin təcrübəsini qəbul etsə də, komandasının qələbə əzmini xüsusi vurğulayıb.

"Real" bu cür oyunlara kifayət qədər öyrəşib. Lakin onların qarşısında bizim kimi bir komanda olacaq. Biz qalib gəlmək, mərhələni keçmək və onları təəccübləndirmək istəyirik. Onlar qələbəyə həqiqətən ac olan və sona qədər mübarizə aparmaq istəyən bir komanda ilə qarşılaşacaqlar", - deyə Donnarumma söyləyib.