11 mart 2026 10:41
110

NBA: Lider darmadağınla uğursuz seriyaya son qoyub

ABŞ-nin Milli Basketbol Assosiasiyasında (NBA) daha 11 qarşılaşma keçirilib.

“İki sahil” xəbər verir ki, Şərq Konfransının lideri “Detroyt Pistons” səfərdə 13-cü pillədə qərarlaşan “Bruklin Nets”i 138:100 hesabı ilə üstələyərək dörd oyundan ibarət məğlubiyyət seriyasına son qoyub.

Qalib komandanın heyətində ən məhsuldar basketbolçu 26 xalla Ceylen Dyuren olub. Keyd Kanninqem 21, Ron Holland 16, Dankan Robinson 15, Markus Sasser və Deniss Cenkins isə hərəyə 14 xal toplayıblar.

Meydan sahiblərindən isə Maykl Porter Junior 19, Ceylen Uilson 14, Denni Volf 13 xalla yadda qalıb.

Matçların nəticələri

“Filadelfiya” - “Memfis Qrizlis” – 139:129

“Bruklin Nets” - “Detroyt Pistons” – 100:138

“Hyuston Rokets” - “Toronto Reptors” – 113:99

“Miluoki Baks” - “Feniks Sanz” – 114:129

“Portlend Treyl Bleyzers” - "Şarlot Hornets" – 101:103

“Los-Anceles Leykers” - “Minnesota” – 120:106

“Mayami Hit” - “Vaşinqton Uizards” – 150:129

“Atlanta Hoks” - “Dallas” – 124:112

“San-Antonio Spörs” - “Boston Seltiks” – 125:116

“Qolden Steyt Uarriors” - “Çikaqo Bullz” – 124:130

“Sakramento” - “İndiana Peysers” – 114:109.