10 mart 2026 16:22
115

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək

Bakıda voleybol məşqçiləri üçün beynəlxalq seminar keçiriləcək. “İki sahil” xəbər verir ki, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level 2 seminarı 25-29 may tarixlərində Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən təşkil olunacaq. Seminara FIVB-nin məşqçi-instruktoru, professor türkiyəli Cengiz Akarçeşme rəhbərlik edəcək.

FIVB-nin müəyyən etdiyi şərtlərə əsasən, Level-1 kursunu ən azı 2 il öncə keçmiş mütəxəssislər seminara qatıla bilərlər. Namizədlər ingilis dilini bilməli, həmçinin sağlamlıq vəziyyəti, fiziki hazırlıq səviyyəsi və məşqçilik bacarıqları ilə tələblərə cavab verməlidirlər.