08 mart 2026 23:32
286

Azərbaycanın cüdo millisi Qran-Prini 4 medalla tamamlayıb

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.

“İki sahil” xəbər verir ki, Azərbaycan beynəlxalq yarışı 4 medalla tamamlayıb.

Mübarizənin son günündə Camal Qamzatxanov bürünc mükafata yiyələnib.

+100 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Gürcüstan təmsilçisi İrakli Demetraşvili üzərində əzmkar qələbə qazanıb.

Xatırladaq ki, daha əvvəl Ruslan Paşayev (66 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) isə bürünc medala yiyələnib.

Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edən milli komandamız 59 ölkə arasında ümumi hesabda üçüncü, kişilərin yarışında isə birinci yeri tutub.