Misli Premyer Liqasının 23-cü turunda "Araz-Naxçıvan" "Qarabağ"ın qonağı olub.
“İki sahil” yazır ki, saat 19:15-də start götürən görüşün 15-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən "Qarabağ"ın futbolçusu "Qarabağ" hesabı açıb. 33-cü dəqiqədə ağdamlıların üstünlüyünü iki topa yüksəldən Leandro Andrade, 36-cı dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunun müəllifi olub. 64-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Kamilo Duran "Araz-Naxçıvan"ın qapısından dördüncü qolu keçirib. 83-cü dəqiqədə fəqrlənən Musa Qurbanlı isə “Qarabağ”ın üstünlüyünü beş topa çatdırdı.
Yarışda son nöqtəni Kamilo Duran qoyub. O, 89-cu dəqiqədə özünün ikinci, komandasının 6-cı qolunu vurub.
Misli Premyer Liqası
23-cü tur
8 mart
19:15. "Qarabağ" 6–0 "Araz-Naxçıvan"
Qol: Joni Montiel, 15-pen. (1-0), Leandro Andrade, 33 (2-0), Leandro Andrade, 36 (3-0)? Kamilo Duran, 64-pen. (4-0), Musa Qurbanlı, 83 (5-0), Kamilo Duran, 89 (6-0)
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kərim Zeynalov, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Tofiq Bəhramov adına Respublika Stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”