08 mart 2026 19:36
273

Azərbaycan Basketbol Liqasında XVIII tura yekun vurulub

Azərbaycan Basketbol Liqasında XVIII tura yekun vurulub.

“İki sahil” xəbər verir ki, turun sonuncu qarşılaşmasında "Neftçi" ilə "Gəncə" kollektivi üz-üzə gəlib.

Sərhədçi İdman Mərkəzində baş tutan qarşılaşma Bakı klubunun 76:72 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67), "Naxçıvan" "Lənkəran"ı (104:73), "Sabah" "Şəki"ni (102:82), "Abşeron Lions" isə NTD-ni (107:88) məğlub edib.