Martın 9-dan 15-dək Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərlərində stolüstü tennis üzrə WTT Youth Contender turnirləri təşkil olunacaq. “İki sahil” xəbər verir ki, Bu yarışlarda gənclərdən ibarət seçmə komandaların baş məşqçiləri Elnur Hidayətzadə və Ramin Cəfərovun rəhbərliyi ilə 6 idmançımız qüvvəsini sınayacaq. Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədli oğlanların, Yağmur Məmmədli, Mehin Mirzəbalayeva və Yasəmən Həbibova qızların yarışında mübarizə aparacaq. Qeyd edək ki, turnirlər U 17, U 15, U 13 və U 11 yaş dərəcələri üzrə keçiriləcək.